AZ

III MDB Oyunları: 7 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunlarının beşinci günündə 7 idman növü üzrə yarışlar baş tutacaq.

Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək.

 

Burada həmçinin voleybol yarışlarında Azərbaycanın millisi Qırğızıstanla üz-üzə gələcək, Rusiya yığması isə Özbəkistanla qarşılaşacaq.

 

Şəki şəhər stadionunda çövkən yarışlarının növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq. B qrupunda isə Özbəkistan Türkiyə ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Bundan başqa, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı (“skeet” növü) üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

 

Qəbələ Olimpiya İdman Kompleksində isə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

 

Yevlax Olimpiya İdman Kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri baş tutacaq.

 

Mingəçevir “Kür” Olimpiya Mərkəzində isə taekvondo yarışlarında növbəti qaliblərin adları müəyyənləşəcək.

III MDB Oyunları: 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları: Azərbaycan stend atıcıları bürünc medal qazanıb - FOTO

MDB Oyunları tarixində üzgüçülük üzrə Azərbaycanın ilk medalları - FOTO

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO

III MDB Oyunları: Stolüstü tennisdə və futbolda həlledici görüşlər

Seçilən
45
3
apasport.az

4Mənbələr