Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
News24.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib.
Hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı cinayət işi başlanılıb.(Unikal)
09:20
***
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza olub.
Bu barədə News24.az-a DİN-dən məlumat verilib.
Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.
Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.