AZ

Donuz piyinin sağlamlığa təhlükəsi aşkarlandı - Ehtiyatlı olun

Rusiyalı həkimlər donuz piyinin həddindən artıq istifadəsinin təhlükələri barədə xəbərdarlıq ediblər.

E-saglam.az xəbər verir ki, Krasnoqorsk xəstəxanasının Maryinskaya poliklinikasının qastroenteroloqu Yuliya Slasten RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, insanlar gündə 20–30 qramdan çox donuz piyi qəbul etməməlidirlər. Onun sözlərinə görə, bu miqdardan artıq istifadə ateroskleroz və yüksək xolesterin riskini artıra bilər.

“Bu miqdar qaraciyər və ya öd kisəsi xəstəliyi, eləcə də ağır aterosklerozu olmayan böyüklər üçün məqbuldur. Göstərilən miqdarda donuz piyi zərərli deyil, əksinə, orqanizmi enerji və əvəzolunmaz yağ turşuları ilə təmin edir,” – deyə həkim qeyd edib.

Slasten əlavə edib ki, donuz piyini nazik dilim çovdar çörəyi və təzə tərəvəzlərlə birlikdə yemək daha faydalıdır. Bu yanaşma yağın daha yaxşı mənimsənilməsinə kömək edir.

Qastroenteroloq xəbərdarlıq edib ki, 100 qram donuz piyində təxminən 800 kalori var və bu səbəbdən porsiyaya diqqət etmək vacibdir.

Bundan əvvəl ümumi praktika həkimi Nadejda Çernışova dondurmanın boğaz ağrısını müvəqqəti aradan qaldıra biləcəyini bildirmişdi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr