AZ

Qəzzaya nəzarət ABŞ və Britaniyaya VERİLİR

Modern.az saytına istinadən ain.az xəbər verir.

ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək üçün yeni sülh planı açıqlayıb.

Modern.az xəbər verir ki, sənəddə diqqətçəkən məqam isə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və ABŞ prezidenti Donald Trampın Qəzzanın müvəqqəti idarəetməsində əsas fiqurlar kimi göstərilməsidir.

Plan nədən ibarətdir?

Açıqlanan sənədə görə, Qəzza “texnokrat və siyasi cəhətdən neytral Fələstin komitə” tərəfindən idarə olunacaq. Komitə gündəlik ictimai xidmətlər və bələdiyyələrin işinə cavabdeh olacaq. Lakin sənəddə konkret hansı fələstinlilərin bu prosesdə iştirak edəcəyi göstərilmir. HƏMAS isə idarəetmə prosesində iştirak etməyəcək.

Bu komitəyə “Sülh Şurası” adlanan beynəlxalq qurumun nəzarəti altında fəaliyyət göstərəcək. Şuranın sədri Donald Tramp olacaq və üzvlər arasında Toni Bleyer də yer alacaq.

Toni Bleyerin adının bu prosesdə hallanması həm fələstinlilər, həm də beynəlxalq ekspertlər arasında etirazla qarşılanıb. Xüsusilə 2003-cü ildə İraq müharibəsi ərəfəsində “kütləvi qırğın silahları” iddiasına görə Bleyerin böyük tənqidlərə məruz qalması xatırladılıb. Bleyerin bölgədə Britaniya müstəmləkəçiliyindən qaynaqlanan mənfi imici də vurğulanır.

“Biz artıq Britaniya müstəmləkəsini yaşamışıq. Bleyerin adı çəkiləndə hər kəs İraq müharibəsini xatırlayır”, -deyə  Fələstin Milli Təşəbbüsünün lideri Mustafa Barğuti bildirib. BMT-nin xüsusi məruzəçisi Françeska Albaniz isə sərt şəkildə “Tony Bleyer? Əsla! Fələstinə toxunmayın” reaksiyasını verib.

Trampın planı bəzi müsəlman ölkələrinin birgə bəyanatında və Fələstin Muxtariyyətinin açıqlamasında müsbət qarşılanıb. Sənəddə Qəzzanın yenidən qurulması üçün maliyyələşmənin bu idarəetmə orqanı vasitəsilə həyata keçiriləcəyi bildirilib.

Toni Bleyer isə Trampın ideyasını “cəsarətli və ağıllı plan” adlandırıb.

Xatırladaq ki, Qəzzada aylardır davam edən müharibə nəticəsində on minlərlə insan həlak olub, bütün əhali məcburi köçkün vəziyyətinə düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
modern.az

3Mənbələr