AZ

Kobaxidze: Moldova MDB-ni tərk etməyənədək onu təbrik etmək çətin olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Moldovada keçirilən parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Moldova hələ də MDB-nin üzvü olduğu üçün rəsmi Tbilisi bu ölkəni seçkilərin nəticələri ilə bağlı təbrik etməkdə çətinlik çəkir.

"Hazırda Moldova MDB üzvüdür və bu şəraitdə onu təbrik etmək bizim üçün çətindir. Gözləyəcəyik, Moldova MDB-ni tərk etdikdən sonra məsələni yenidən nəzərdən keçirəcəyik", - deyə Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Moldovada 2025-ci ildə keçirilən parlament seçkilərində prezident Maya Sandunun rəhbərlik etdiyi "Fəaliyyət və Həmrəylik Partiyası" 50,20% səs toplayaraq yeni parlamentdə çoxluğu əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr