AZ

Ermənistanın xarici işlər naziri və NATO baş katibinin müavini "Tramp yolu" proqramını müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb...

Poliqon bu barədə Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub.

Hər iki tərəf ErmənistanNATO arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək, onların daha iddialı gündəliyin hazırlanmasında maraqlı olduqlarını vurğulayıblar.

NATO-ya üzv dövlətlərin səfirlərinin İrəvana son səfəri, eləcə də Ermənistanın NATO-nun sülhməramlı missiyalarında iştirakı məmnunluqla qeyd olunub.

Regional hadisələrə gəlincə, həmsöhbətlər Vaşinqton razılaşmalarının sülhün bərqərar olunmasında və “Beynəlxalq Sülh və Firavanlığa Tramp Yolu” kommunikasiya proqramının həyata keçirilməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Poliqon.info

Seçilən
24
4
poliqon.info

7Mənbələr