AZ

"Dişimi çəkdirmək mənə 500 manatdan çox başa gəldi, ölümdən də döndüm" - VİDEO

Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.

Şikayətçi Tural Qoca “Xəzər TV”yə müraciətində bildirib ki, “TikTok”da özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.

T.Qocanın sözlərinə görə, N.Həsənov onun dişini heç bir cərrahi əməliyyat olmadan, ağrısız şəkildə çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.

Zərərçəkmiş ona 500 manatdan çox ziyan dəydiyini və ölümdən döndüyünü həmçinin Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.

İddialarla bağlı sözügedən stomatoloqla əlaqə saxladıqda isə, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib. Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.

Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.

Daha ətraflı videomaterialda:

Seçilən
43
16
hit.az

10Mənbələr