AZ

Azərbaycan 8 ayda Rusiyaya 814 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Missiya.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 220,2 milyon ABŞ dolları olub.

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2,4 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Seçilən
26
4
missiya.az

10Mənbələr