AZ

Bosfor boğazı hər iki istiqamətdəbağlanıb

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən Bosfor boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb.

Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil mühafizəsi gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Seçilən
19
6
redaktor.az

8Mənbələr