AZ

Sərhəddə əməliyyat - Əfqanlar saxlanıldı

Dövlət Sərhəd Xidmətinin mətbuat xərkəzindən Ajans.az-a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 24 yaşlı Əhmədi Enamullah Əbdülqafar və 23 yaşlı Taimani Cavid Muhəmmədəzim saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
22
27
Ajans.az

10Mənbələr