AZ

Sahibə Qafarova: Azərbaycan bu gün Şərqlə Qərb arasında mühüm körpüyə çevrilir

BAKI, 30 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyev sentyabrın 25-də BMT-nin Baş Assambelayasında çıxış edərək hərbi zəfərin diplomatik uğurla başa çatdığını vurğuladı".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, ölkəmizin başçısı yüksək tribunadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün zəruri işlərin görüldüyü bildirilib:

“Azərbaycan bu gün Şərqlə Qərb arasında mühüm körpüyə çevrilir. Ölkəmizin başçısı həmçinin beynəlxalq hüquqa əsasən islahatların aparılması ilə bağlı çağırışlar edib. Dövlətlərin daxili işlərinə qarışmamaq kimi vacib məqamlar vurğulanıb. Bu mənada Azərbaycan Prezidentinin yüksək tribunadan söylədiyi fikirlər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir”.

Seçilən
45
50
teleqraf.com

10Mənbələr