AZ

Ukrayna Qərbdən hər ay 1 milyard dollar almaq istəyir - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin ABŞ və NATO arasında imzalanan PURL (Prioritized Ukraine Requirements List) mexanizmi çərçivəsində hər ay 1 milyard dollar maliyyə dəstəyi almağı hədəflədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.

“PURL təşəbbüsü NATO üçün çox dəyərli bir mexanizmdir. O, müttəfiqlərin dəstəyini Ukrayna üçün real imkanlara çevirir. Məqsədimiz bu təşəbbüsün tam potensialını reallaşdırmaq üçün aylıq 1 milyard dollar təmin etməkdir”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, avqustdan etibarən tərəfdaş ölkələr ABŞ istehsalı silah paketlərinin bir neçəsini maliyyələşdiriblər. Bu siyahıda Niderland, Danimarka, Norveç, İsveç və Kanada yer alıb. Hazırda isə Belçika, Litva, Latviya, Estoniya, İslandiya və Lüksemburq yaxın vaxtlarda yeni yardım paketi üçün maliyyə dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar.

Nuriyyə NATİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr