AZ

“Rheinmetall” Şərqi Avropa ölkəsinə 105 və 155 mm-lik mərmilər tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti Şərqi Avropadan olan, adı açıqlanmayan müştəriyə 105 mm-lik M1 və 155 mm-lik M107 mərmiləri tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün ABŞ hökumətinin tapşırığı ilə “Global Military Products” şirkəti tərəfindən “Rheinmetall Expal Munitions”a ümumi dəyəri 444 milyon avro olan sursat sifariş edilib.

Sifarişə əsasən, çatdırılmalara 2026-cı ildə başlanılacaq və 2027-ci ilin iyununda yekunlaşdırılacaq.

Seçilən
19
poliqon.az

1Mənbələr