AZ

İnternetə görə bütün uçuşları ləğv etdilər

Ajans.az “Amu TV” telekanalına istinadən xəbər verir ki, buna səbəb ölkə üzrə internetin tamamilə kəsilməsi olub. Belə ki, aeroport əməkdaşları əvvəlcədən məsələ ilə bağlı məlumatlandırılmayıb. Ləğv edilən reyslər arasında “Ariana Afghan Airlines” şirkətinin Dubaya, eləcə də “Kam Air”in İstanbula olan uçuşları da var. 

Xatırladaq ki, sentyabrın 29-da Əfqanıstanda ölkə boyu internet bağlantısı kəsilib. Bunun Əfqanıstanda hazırda hakimiyyətdə olan Taliban hərəkatının “mənəvi tədbirlər” görməsi ilə əlaqəli olduğu bildirilib.

Seçilən
20
5
Ajans.az

6Mənbələr