AZ

Rusiya bu əraziləri də ələ keçirdi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları davam edir.

KONKRET.az xəbər verir ki, analitik platforması olan DeepState-in məlumatına görə, Rusiya ordusu Donetsk vilayətində yerləşən Poltavka kəndini nəzarətə götürüb.

Məlumata əsasən, rus qüvvələri həmçinin Donetsk vilayətində Poltavka kəndi ətrafında, Zaporojye vilayətində Novoi̇vanovka yaxınlığında, eləcə də Luqansk vilayətində yerləşən Serebryansk meşə massivində irəliləyiş əldə edib.

DeepState bildirir ki, rus hərbçiləri Donetsk vilayətində Serebryanka kəndindən başlayaraq Vıyemka qəsəbəsinədək uzanan istiqamətdə təzyiqləri artırıb. Məqsədin Seversk aqlomerasiyasını və şəhərin özünü tam nəzarətə götürmək olduğu qeyd edilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
konkret.az

2Mənbələr