AZ

Şərhçi: Trampın mövqeyində dəyişiklik Rusiyanı narahat edir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Putin hakimiyyəti daxilində fikir ayrılıqları artmaqdadır

Ötən həftə beş saatdan çox davam edən Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko görüşü  ilə bağlı müzakirələr davam edir. Bu görüş regionda yeni bir gərginlik siqnalları verib və Lukaşenkonun Ukraynaya yönələn açıqlamaları ilə diqqət çəkib.

Siyasi ekspertlərin fikrincə, Lukaşenkonun Ukraynaya yönəlik açıq təhdidləri və eyni zamanda Rusiya–Ukrayna müharibəsinin “Slavyan üçlüyü” formatında həlli təklifi, Moskvanın indiki çətin vəziyyətdən çıxış cəhdinin bariz nümunəsidir. Bu təklifin əsas məqsədi ABŞ və Qərbi prosesdən kənarda saxlayaraq, Ukraynanı istəklərinə tabe etmək olsa da, məlumdur ki, Kiyev belə bir yanaşmanı heç vaxt qəbul etməyəcək.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a açıqlamasında bildirib ki, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, Prezident Zelenskiyə bir təzyiq, psixoloji təsir kimi ortaya atılıb:

Seçilən
18
sherg.az

1Mənbələr