AZ

"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 190,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 23,5 milyon ABŞ dolları və yaxud 14,1 % çoxdur.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Seçilən
29
1
ikisahil.az

10Mənbələr