AZ

MM Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclis 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

İnterpress.az xəbər verir ki, bəyanatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.

Bəyanatda deyilir:

“2020-ci ilin sentyabrın 27-də başlanmış və Azərbaycan silahlı qüvvələrini parlaq qələbəsi ilə başa çatmış 44 günlük Vətən Müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoyulması dövlətimizin ərazi bütövlüyün təmin etdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, ikili standartlar şəraitində də uzaqgörən və müdrik dövlətçilik strategiyasıyla öz lideri ətrafında sıx birləşmiş xalq qanuni maraqlarını müdafiə etməklə tarixin gedişini dəyişməyə qadirdir”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Seçilən
34
4
interpress.az

10Mənbələr