AZ

Nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir –Komitə sədri

"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir. "Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir". Komitə sədri həmçinin qeyd edib ki, bələdiyyələrlə bağlı 20-yə qədər qanunvericilik aktı var. Onların ümumiləşdirilərək Məcəllə halına salınmasına ehtiyac var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
16
olaylar.az

10Mənbələr