"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir:
“Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.
Siyavuş Novruzov bildirib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır:
"Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər".