AZ

Ərdoğan Trampla Ukraynadakı müharibəni müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqlarının əsas mövzularından birinin Ukrayna böhranı olduğunu bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.  

“Donald Tramp və onun nümayəndə heyəti ilə mənalı, məhsuldar və məlumatlı görüş keçirdik. Dostluq şəraitində geniş əhatəli məsələlər müzakirə olunub.

Qəzzada baş verən hadisələr, İsrailin artan təcavüzü, Rusiya və Ukrayna arasında müharibə, eləcə də bölgəmizdə baş verən hadisələr bizim diqqət mərkəzimizdə oldu.

Biz Suriyada sabitliyin qorunması və Yaxın Şərqdə sülhün bərqərar olunması məsələlərini ətraflı müzakirə etdik”, - deyə Ərdoğan bildirib.

Seçilən
13
cebheinfo.az

1Mənbələr