AZ

Siyavuş Novruzov: "Yerlərdəki nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yerlərdəki nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var:
"O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır. Yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir.
Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir".
Samir Əli
Seçilən
42
9
oxu.az

10Mənbələr