AZ

AQTA da Tibb Universitetinin tələbələri ilə görüş keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün təşkil olunan təcrübə proqramı çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) maarifləndirici görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verilib, işə qəbul proseduru və karyera imkanlarından danışılıb. Əhalinin təhlükəsiz və sağlam qida ilə təmin edilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb, qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərinin qurulduğu, İnstitutun nəzdində müasir standartlara cavab verən laboratoriyaların fəaliyyət göstərdiyi vurğulanıb.

Sonda tələbələrin dövlət qulluğu, agentlikdə işə qəbul imkanları barədə sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
1
azertag.az

2Mənbələr