AZ

Natiq Məmmədli: Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur. Bizim hər iki ölkənin media sahəsində fəaliyyəti özündə əks etdirən yol xəritəmiz var və ona uyğun olaraq artıq bir neçə ildir ki, silsilə tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu gün peşəkarlıq müstəvisində davamlı olaraq rəqəmsal transformasiya və media məsələləri müzakirə olunacaq. “Burada hər iki ölkənin beynəlxalq səviyyəli ekspertləri iştirak edirlər. Tədbirdə jurnalistikanın qarşısında duran rəqəmsal mühitdə vacib məsələlər geniş müzakirə olunur”, - deyə Natiq Məmmədli bildirib.

Seçilən
12
2
azertag.az

5Mənbələr