AZ

Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - Foto

Bu gün AFFA prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Sitat.info  xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasovun A milliyə mümkün təyinatına dair xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
67
49
sitat.info

10Mənbələr