AZ

Azərbaycanla BMT arasında DİM üzrə növbəti dialoq keçiriləcək

Azərbaycan hökuməti və BMT Dayanıqlı İnkişaf Məqsədləri üzrə növbəti dialoq keçirəcək.

APA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdir müavini Arzu Nağıyeva Gənclərin Rəhbərliyində İqlim Forumunun panel müzakirələri zamanı deyib.

2022-ci ildən etibarən BMT-nin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Koordinatoru Ofisinin Azərbaycanda müntəzəm olaraq dayanıqlı inkişaf məqsədləri (DİM) Dialoqları keçirdiyini qeyd edən Arzu Nağıyeva gələn ay keçiriləcək növbəti dialoqun mövzusunun Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya olacağını bildirib.

Rəqəmsal texnologiyaların bu gün dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrinə çevrildiyini vurğulayan Arzu Nağıyeva İqtisadiyyat Nazirliyinin əmək bazarını inkişaf etdirmək, rəqəmsal bacarıqlara diqqət yönəltmək və işçi qüvvəsini qlobal rəqəmsal trendlərə uyğun hazırlamaq üçün beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib.

İqtisadiyyat Nazirliyinin bu sahədə əsas təşəbbüslərdən birinin Post-Sənaye İnqilabı Akademiyası olduğunu deyən Nazirlik rəsmisi proqramdan indiyədək 10 min nəfərin ödənişsiz faydalandığını diqqətə çatdırıb: “1800 kurs təqdim olunub və onların əksəriyyəti süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları kimi rəqəmsallaşma mövzularını əhatə edib”.

Seçilən
27
4
apa.az

5Mənbələr