AZ

Ukraynaya daha 2 milyard avro ayrılacaq Fon Der Leyen detalları açıqladı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və yüksək texnologiyaların inkişafına töhfə vermək məqsədilə 2 milyard avro maliyyə ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Leyen Brüsseldə Təhlükəsizlik üzrə Kollegiya iclası öncəsi açıqlama verib.

“Əgər biz hələ də Ukraynanı özümüzün ilk müdafiə xətti hesab ediriksə, hərbi yardımımızı artırmalıyıq. Buna görə də Ukrayna ilə razılaşdıq ki, hazırda pilotsuz uçuş aparatları üçün 2 milyard avro xərclənəcək", -deyə o qeyd edib.

Onun sözlərinə görə, ayrılan vəsait Ukraynanın müdafiə imkanlarını artırmaqla yanaşı, Avropa İttifaqı üçün də faydalı olacaq yüksək texnologiyaların inkişafını sürətləndirəcək:“Bu, Ukraynaya öz potensialını tam şəkildə reallaşdırmaq imkanı verir. Eyni zamanda Avropa İttifaqı da bu texnologiyadan faydalanacaq".

Qeyd olunur ki, yeni maliyyə dəstəyi həm Ukraynanın hərbi gücünü möhkəmləndirməyi, həm də Aİ üçün strateji əhəmiyyət daşıyan texnologiyaların inkişafını hədəfləyir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azpolitika.info

1Mənbələr