AZ

"Bizdən fərqli olaraq Cabir bunu bacarırdı" Vado Karovin+VİDEO

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Bakupost.az xəbər verir ki, mərasimə bir çox tanınmış simalar qatılıb. Onların arasında Cabir İmanovun dostu və sinif yoldaşı, "Space" telekanalının baş direktoru, “Bakılı oğlanlar” komandasının keçmiş üzvü Vado Karovin də var.

O, jurnalistlərə verdiyi açıqlamada Cabir İmanovla bağlı xatirələrini bölüşüb:

“Mən Cabiri uşaqlıqdan tanıyıram. Bir məktəbdə oxumuşuq. O, yalnız səhnədə deyil, həyatda da çox istedadlı idi. Məktəbdə oxuyarkən ən sevimli dərsi əmək dərsi idi. Bizdə çox ciddi müəllim vardı və Cabir onun sevimlisi idi, çünki o, əllə nəsə düzəltməyi bizdən fərqli olaraq bacarırdı. Cabir avtomobillərə böyük həvəs göstərirdi. Onun ilk avtomobili 011 "Jiquli" idi və onu elə əzizləyirdi ki... Mənə elə gəlir ki, bu, Ağanatiqin “Taksi”dəki obrazından qaynaqlanırdı. Çünki o, həmin səhnəni ilk dəfə quranda kartondan "rul" düzəltmişdilər, Cabir isə dedi ki, yox, mənə əsl "rul" gətirin. Biz birlikdə səhnəni oynayırdıq və o elə bil özü sürürdü. Yəni bu, əsl maşın deyildi , amma o dərəcədə professional edirdi ki, özüm də məəttəl qalırdım ki, necə edir. Əvəzolunmaz insanlar yoxdur, amma təkrar olunmazlar var. Cabir onlardan biri idi”.

Lalə Novruz, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
www.bakupost.az

2Mənbələr