Əcnəbilərin illərlə həbsdə saxlanması məqbul deyil və bu, dövlət üçün əlavə büdcə yükü yaradır. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Zahid Oruc deyib.
"Bir nəfərin həbsdə saxlanmasının xərci təxminən 7 500 manatdır və bu maliyyə yükünü nəzərə alaraq əcnəbilərin qısa müddətdə deportasiya edilməsinin məqsədəuyğun olar. Hesab edirəm ki, deport etmə metodundan yararlanmaq olar,” – o əlavə edib.
Gülnar Nazimqızı