AZ

Həbs edilmiş, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum olunmuş şəxslərə icbari tibbi sığorta çərçivəsində xidmətlər göstəriləcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək.

Təklif olunan dəyişikliklərə əsasən, sözügedən Qanunun 15-2.1-ci maddəsinə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda, bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb.

Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
26
azertag.az

10Mənbələr