AZ

Yaxın aylarda vəziyyət tamamilə dəyişəcək Politoloq

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu, çox pozitiv və optimist açıqlamadır. Ancaq reallıq tamamilə əksini göstərir. Putin müharibənin davam etməsinə hakimiyyətdə qalmasının yeganə səbəbi kimi baxır. Ona görə də müharibənin bitməsini deyil, Rusiya daxilində dəhşətli repressiyanın başlanacağını gözləyirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna XİN rəhbəri Andrey Sibiqanın Kiyevin Rusiya ilə münaqişəni 2025-ci ildə başa çatdırmağı planlaşdırdığı barədə bəyanatını şərh edərkən deyib. 

"Putin müharibəni bitirmək istəyini qətiyyən nümayiş etdirmir. Son günlər Kiyev daxil bir sıra mərkəzi şəhərlər, infrastruktur, yaşayış məskənləri, xəstəxanalar total olaraq vurulur. Putin bu gün həm də Qərb dünyasını qorxutmaq üçün hibrit müharibə də aparır. Müxtəlif Avropa ölkələrinin səmalarında dronlar uçur", deyə ekspert bildirib. 

Həmsöhbətimiz deyib ki, bu hadisələrin arxasında da Moskva dayanır:

"Doğrudur, həbslər zamanı hadisələrin arxasından Sinqapur və ya başqa dövlətlərin vətəndaşları çıxır. Rusiya dövləti kəşfiyyata milyardlarla dollar xərcləyir. Ona görə dronları uçurdanlar arasında sinqapurlu, afrikalı da ola bilər. Ancaq bütün bu hibrid müharibənin arxasında dayanan Rusiyadır".

Politoloq qeyd edib ki, müharibə simmetrik xarakter alıb:

"Rusiyanın Ukrayna şəhərlərini dron və ballistik raketlərlə vurmasına Kiyev də adekvat cavab verərək, eynən Rusiya şəhərlərindəki mühüm infrastrukturları vurur və bu davamlı olacaq. Artıq Moskva və Sankt-Peterburq da vurulur. Belə davam edəcəyi təqdirdə, tezliklə Rusiyanın dərinliyindəki bütün neft emalı zavodları, hərbi sənaye kompleksinə məxsus istehsal müəssisələri, aerodromlar da məhv ediləcək. 2025-ci ilin sonuna müharibənin bitəcəyilə bağlı pozitiv açıqlamalar da təxminən bu perspektiv nöqteyi-nəzərindən dəyərləndirilir. Çünki neft emalı zavodları vurulub sıradan çıxarıldıqca, Rusiyanın həm daxili, həm də müharibənin aparılmasına olan yanacaq ehtiyacını ödəməkdə ciddi problemlər yaranacaq. Habelə, ixracat da xeyli azalacaq. Deməli, Rusiyanın maliyyə imkanları da daralacaq və belədə o, müharibəni davam etdirməkdə çətinlik çəkəcək".

Natiq Miri düşünür ki, cərəyan edən son proseslər fonunda yaxın iki-üç ayda vəziyyət tamamilə dəyişəcək:

"Cəbhə xəttində pat vəziyyəti yaranıb. Tərəflərdən heç biri hücum əməliyyatı keçirə bilmir. Ukraynanın imkanları da genişlənir. Perspektivdə kimsənin gözləmədiyi bir zamanda ciddi əks-hücum əməliyyatı keçirməklə böyük bir ərazinin azad edilməsi mümkün olar, hətta proses Krımın azad olunmasına qədər inkişaf edə bilər. Rusiya artıq qalib gələn tərəf deyil, o sürətlə itirən tərəfə çevrilir. Bu perspektiv yaxındır".

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevin Rusiya ilə münaqişəni 2025-ci ildə başa çatdırmağı planlaşdırdığına dair bəyanatla çıxış edib. O qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə Trampın görüşündən sonra bu məsələdə daha çox inam yaranıb: "Çünki düzgün istiqamətdə əlavə diplomatik dinamika əldə olunub".

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr