AZ

SOCAR və BP neft qaz şirkətləri üçün təlim, praktiki məşqlər hazırlayacaq

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP şirkəti ilə Azərbaycanda fəaliyyət göstərən kiçik və orta neft-qaz şirkətləri üçün təlim, məlumatlılığın artırılması proqramları, praktiki məşqlər və bilik mübadiləsi hazırlamaq üçün çalışır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

O bildirib ki, kiçik şirkətlər adətən eyni səviyyədə resurslara malik olmurlar və böyük beynəlxalq proqram və çərçivə təşəbbüslərində iştirak etmirlər: "Bu proqrama xüsusi dəyər qatır. Biz onlara əks halda əlçatmaz olacaq eyni səviyyəli texnologiya və təcrübələrə çıxış təmin edirik. Daha kiçik miqyasda olsa da, düşünürəm ki, belə təşəbbüsləri vurğulamaq vacibdir, çünki onlar bütün ölkənin dekarbonizasiya və enerji keçidi səylərini irəli aparır".

H. Abdullayev ötən il "Neft Qaz Metan Tərəfdaşlığı"na ("OGMP 2.0") qoşulduqlarını xatırladaraq, onun iştirakçılardan təkcə emissiya məlumatlarını deyil, həm də hər bir emissiya mənbəyinin aradan qaldırılması üçün aydın yol və plan təqdim etməyi tələb etdiyini diqqətə çatdırıb. Bu, OGMP-yə uyğunluq üçün məcburi tələbdir və şirkətləri emissiya mənbələrinin müəyyənləşdirilməsi, idarə edilməsi və aradan qaldırılmasına sərmayə qoymağa və səy göstərməyə həvəsləndirməyə davam edəcək".

SOCAR rəsmisi bu strukturun olduqca vacib olduğunu və Aİ ölkələrinə neft və qaz məhsulları idxal edən hər kəs üçün məcburi tələbə çevrdiyini vurğulayıb: "Əgər siz bu biznesdəsinizsə, çıxış yolu yoxdur. Siz iştirakçı olmalı və tələblərə uyğun olmalısınız. Bu, ətraf mühitin qorunması göstəricilərinin davamlı yaxşılaşdırılmasını, emissiyaların azaldılmasını və daha təmiz biznes modelinə keçidi təmin edən beynəlxalq çərçivə proqramlarının parlaq nümunəsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
baku.ws

4Mənbələr