ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar məlumat açıqlayıb.
Onun sözlərinə görə, Çinin "Dongfang Electric Corporation" şirkətiylə Türkiyədə 250 milyon dollarlıq sərmayə ilə illik 2000 meqavat gücündə külək turbinləri istehsalı müəssisəsi qurulacaq.
Nazir bildirib ki, Çinin qabaqcıl külək enerjisi texnologiyası istehsalçılarından olan "Dongfang Electric Corporation"ın artıq rəhbər heyəti ilə görüş keçirilib, anlaşma əldə olunub: "Türkiyə 2035-ci ilə qədər külək və günəş enerjisini 120.000 meqavata çatdırmağı hədəfləyib. Bu gücə nail olmaqla yanaşı, ölkəmizin turbin və panel istehsal potensialını da artırmaq istəyirik. "Dongfang" ilə bu yolda mühüm nailiyyətlər qazanacağıq"
Firudin Səfərli
Mia.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.