AZ

Rusiyadan ittiham: Müharibədə bu ölkə də iştirak edir

BAKI, 30 sentyabr. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Almaniya uzun müddətdir Ukraynadakı müharibədə dolayısı ilə iştirak edir.

Teleqraf xəbər verir ki, o, Almaniya Kansleri Fridrix Mertsin “Almaniya müharibə vəziyyətində deyil, amma artıq sülh içində də deyil” sözlərini belə şərh edib.

“Bunu nəzərə almışıq. Amma bizə məlumdur ki, Almaniya uzun müddətdir dolayısı ilə bu münaqişəyə cəlb olunub. Burada yeni heç nə görmürük”, - Peskov qeyd edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr