AZ

"Arsenal" Fransa millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Villiam Salibanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin üzvü 2030-cu ilin yayına kimi London klubuna məxsus olacaq.

Qeyd edək ki, "Arsenal" Villiam Salibanı 2019-cu ilin yayında "Sent-Etyen"dən transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
15
sportal.az

1Mənbələr