AZ

"Elə xəstəxana var ki, orada qalmaq hotel qiyməti ilə eynidir" - Deputatdan etiraz...


Azərbaycanda icbari tibbi sığorta sahəsində sənədləşdirmə işlərinin təkmilləşdirilməsinə ehtiyac var. Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

“Vətəndaş müalicəyə gedir, oradan sənəd gətir, buradan sənəd apar... Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həllini tapsın və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzun müddət qalmasın”, - deyə komitə sədri vurğulayıb.

Millət vəkili xatırladıb ki, icbari tibbi sığortada xəstəxana xərci nəzərə alınmır.

“Bu gün elə xəstəxana var ki, orada qalmaq qiyməti hotel qiyməti ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur evə get. Azı bir neçə gün qalmalıdır. Sonrakı vaxtda qalmaq istəyirsə, öz hesabına qala bilər. Yəni bu, icbari tibbi sığortaya daxil edilməlidir. Bir hissəni biz ödəyirik, əməliyyatı və ya həkimin xərcini, lakin elə olur ki, xəstəxana xərci əməliyyat xərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”, - deyə deputat qeyd edib.

Seçilən
21
5
baki-xeber.com

8Mənbələr