AZ

COP29-un “yaşıl” iqlim konfransları üçün yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

Bakı. Trend:

Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərcedilib. Sözügedən hesabat COP29-un indiyə kimi təşkil edilmiş əndayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçüngörülən ciddi tədbirləri ön plana çıxarır. Azərbaycanın COP29Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuşicra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərəinteqrasiya olunmuş və gələcək ev sahibləri üçün yeni standartlarmüəyyən edilmişdir.

Trend xəbərverir ki, bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıqöhdəliyi təşkil edir:

1. Xalis sıfıra nail olmaq – Tədbir 100% bərpaolunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiyaolunub. Bununla da, COP29 tədbiri Azərbaycanda xalis sıfıra nailolan ilk iqlim konfransına çevrilib.

2. Dayanıqlı mobillik160 elektriklinəqliyyat vasitəsi sayəsində aşağı emissiyalı nəqliyyatsistemi tətbiq olunub və 70,000-dən çox nümayəndəüçün rahat və ekoloji cəhətdən təmiz mobillik imkanı yaradılıb.

3. Dövri tullantıların idarə edilməsi –“Sıfır poliqon” siyasəti həyata keçirilib vətullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də genişmiqyaslıkompostlaşdırılması tətbiq olunub.

4. “Yaşıl” satınalmalar – Bütün stratejitəchizatçılar üçün ekosertifikat tələbi qoyulub vəqida məhsullarının 95%-i yerli mənbələrdən təmin edilib. Bununsayəsində isə daşınma ilə bağlı emissiyaların həcmi azaldılıb.

5. İnklüziv və əlçatan COP – Surdotərcüməxidmətləri və maneəsiz infrastruktur da daxil olmaqla, kompleksfunksional əlçatanlıq imkanları təmin edilib.

6. “Yerli” potensialın artırılması3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsidayanıqlılıq üzrə təlim keçib və uzunmüddətli bacarıq irsiyaradılıb.

7. Şəffaflıq və irsCOP29Dayanıqlılıq Hesabatı dərc olunub, bütün nailiyyətlərsənədləşdirilib və gələcək sədr ölkələr üçün nümunəvi yol xəritəsihazırlanıb.

Həmçinin, COP29 tədbirlərin dayanıqlı idarə edilməsi üzrəISO 20121:2024 sertifikatını əldə etmiş vəhətta bu miqyasda bir tədbirin ən yaxşı beynəlxalqtəcrübələrə tam uyğun şəkildə təşkil oluna biləcəyini sübutayetirmişdir.

COP29 ilə bağlı məramımız aydın idi:dayanıqlılığı şüardan fəaliyyətə çevirmək,”– deyə COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoruNərmin Carçalova bildirib. – “Biz tədbirməkanlarının bərpa olunan enerji ilə işləməsindəntutmuş tullantıların poliqona yönləndirilməsininqarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yolxəritəsinin yaradılmasına qədər bütünəməliyyatlar çərçivəsində sübut etdik ki, qlobaliqlim konfransları bəyan edilən vədləri həyata keçirməkiqtidarındadır. Bu irs təkcə Azərbaycanadeyil, bütün beynəlxalq iqlim ictimaiyyətinəməxsusdur.”

İnnovasiya, inklüzivlik və operativ mükəmməlliyi inteqrasiyaetməklə, COP29 qlobal tədbiri dayanıqlı bir şəkildə idarə etməyəmüvəffəq olmuş və bütün dünyada daha güclü iqlim fəaliyyətinəstimul vermişdir.

Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübəninicmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatırəsmi COP29vebsaytında dərc olunub.

Məqalədə:
Seçilən
28
13
az.trend.az

10Mənbələr