AZ

“Sumqayıt” Azərbaycana gələ bilməyən futbolçuya VAXT QOYDU

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan yığmasının debütantı Emil Mustafayevin “Sumqayıt”a keçidində problem yaranıb.

Müqavilə ilə “Polessye”yə məxsus olan yarımmüdafiəçi Ukraynadan ayrılmağa çətinlik çəkir.

Baxmayaraq ki, klubu onun karyerasını Premyer Liqamızda davam etdirməsinə icazə verib.

Son olaraq icarə əsasında “Aleksandriya”nın formasını geyinən gənc ölkə hüdudlarına çıxmaq üçün yerli hökümət qurumlarından izn istəyib. Lakin dəfələrlə müraciətlər ünvanlanmasına rəğmən, Ukraynanın rəsmi dairələri onun ölkəni tərk eləməsinə indiyədək “yox” deyib.

Təbii ki, bu qeyri-müəyyənlik “Sumqayıt” rəhbərliyində narahatlıq yaradıb. Bununla bağlı mövqelərini Mustafayevin diqqətinə çatdırıblar.

Əgər o, qarşıdakı bir neçə gün ərzində problemi yoluna qoymasa, birillik nəzərdə tutulmuş icarə müqaviləsi qüvvədən düşmüş sayılacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
icma.az

3Mənbələr