AZ

"Azərbaycanla münasibətlərimizi pozmağa çalışan qüvvələrə qarşı birlik olmalıyıq" - Cihangir İşbilir


Türkiyə ilə Azərbaycan arasında münasibətləri pozmağa çalışan həm daxili, həm də xarici qüvvələr var.
Bu fikri Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir yerli jurnalistlərlə görüşündə səsləndirib.

Müşavir son günlər Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı dezinformasiya xarakterli məlumatların yayılmasına toxunaraq deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan bu daxili və xarici qüvvələrə qarşı bərabər mübarizə aparmalıyıq.

O, sosial şəbəkə üzərindən aparılan bu kimi kampaniyaları ciddiyə almamağı tövsiyə edib. Bildirib ki, istənilən halda, bu cür neqativ nüanslar Türk birliyini pozmaq gücündə deyil.

SAMİRƏ

Seçilən
12
9
baki-xeber.com

9Mənbələr