AZ

Rusiya ərazisində müstəqil dövlət yaradılır – Proses başladı

Çeçenistan rəhbəri Ramzan Kadırovun respublika sərhədlərinə qeyri-rezidentlərin girişini məhdudlaşdırmaq tələbi Moskva ilə münasibətlərdə yeni suallar doğurub. Bu addım təhlükəsizlik riskləri ilə əlaqələndirilib. Lakin Kreml belə bir rejimin Çeçenistanın muxtariyyətini daha da gücləndirməsindən narahatdır.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Kadırov əslində çox öncədən Çeçenistanda özəl bir idarəetmə forması qurub:

“Yəni o, Moskvaya tam tabe deyil və buna Putin şərait yaradıb. Məsələ ondadır ki, Putin vaxtilə Çeçenistanla müharibə aparıb qələbə qazanan şəxsdir. O, Çeçenistanın müstəqilliyini ləğv etsə də, ona tabe olan Kadırov Çeçenistanı az qala müstəqil bir quruma çevirib.

Bu gün Çeçenistanda avtoritar rejim qurulub: insanlar oğurlanır, korrupsiya halları barədə Rusiya mətbuatında məlumatlar yayılır. Rusiya hakimiyyəti isə bütün bunlara müdaxilə edə bilmir”.

elxan

Elxan Şahinoğlu

Ekspertin fikrincə, şəxsi dostluğa rəğmən, Kadırov Putini şantaj edir:

“Kadırov bir növ Putinə “mən olmasam, Çeçenistan əldən çıxar, ona görə də mənə ehtiyacınız var və məni qorumalısınız” mesajını verir. Bununla yanaşı, o, daxili işlərinə müdaxilə olunmamasını istəyir.

Kadırovun verdiyi qərarlar bu gün üçün olmasa da, gələcəkdə Çeçenistanın müstəqilliyinə hesablanıb. Yəni bir növ qabaqdan gəlmişlik edir. Əsas məsələ isə Putinin Kadırovun bu təklifini necə qiymətləndirəcəyidir”.

Seçilən
21
1
turkustan.az

2Mənbələr