AZ

İvanişvilinin Ermənistana qaçmış keçmiş müşavirinə 4 il 6 ay həbs verildi

TBİLİSİ, 30 sentyabr. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvilinin maliyyə üzrə keçmiş müşaviri Giorgi Baçiaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

G.Baçiaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunurdu.

İş üzrə digər təqsirli, G.Baçiaşvilini avtomobilində Ermənistana keçirmiş sürücü Şota Karumidze də eyni müddətə həbsə göndərilib.

Xatırladaq ki, G.Baçiaşvili istintaq altında olmasına baxmayaraq, bu ilin martın əvvəlində Gürcüstanı gizli yolla tərk edib. O, B.İvanişviliyə məxsus olan 9 minə yaxın kriptovalyutanı oğurladığına görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
15
teleqraf.com

1Mənbələr