AZ

"Məktəbli avtobusları" 11 məktəbdə tətbiq olunacaq

Oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları" layihəsinin icrasına başlanacaq. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edəcək.

Publika.az xəbər verir ki, bu barədə anews.az-ın sorğusuna cavab olaraq layihə rəhbəri bildirib.

Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı 100 manatdan başlayacaq və məsafəyə görə dəyişəcək. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Seçilən
29
2
publika.az

7Mənbələr