AZ

Oktyabrın 1-nə olan hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava şəraiti məlum olub.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir. Axşam saatlarında yağıntı kəsiləcək. Güclü şimal-qərb küləyi isə mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 15-17, gündüz 17-19 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80 faiz arasında dəyişəcək.

Bölgələrdə isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağış, dolu, dağlıq ərazilərdə isə qar gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, qərb küləyi isə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 13-16, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq.

DOĞRU.AZ

Seçilən
51
49
dogru.az

10Mənbələr