“Səbail” heyətini legioner futbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər” 25 yaşlı braziliyalı yarımmüdafiəçi Paulo Rikardo (Paulinyo) ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu son olaraq Mərakeşin “Raja Beni Mellal” komandasında çıxış edib.