AZ

İlham Bayramov: "Ölkəmizdə su infrastrukturunun yerin altında yerləşməsi çətinliklər yaradır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ölkəmizdə su infrastrukturunun yerin altında yerləşməsi çətinliklər yaradır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, yeraltı şəbəkələrin uzunmüddətli istismarı bu gün bəzi problemlərin yaranmasına səbəb ola bilir:
"Bizə çətinlik yaradan məsələlərdən biri su şəbəkəsi infrastrukturunun yerin altında yerləşməsidir. Habelə onun uzunmüddətli istismarı problemlərin yaranmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, qəzalar da dünyanın hər yerində baş verir. Əsas məsələ odur ki, qəza baş verdikdə ona operativ reaksiya verilsin və problem aradan götürülsün".
İlham Bayramov qeyd edib ki, əhalinin su infrastrukturunun olmadığı yerlərdə ev tikməsi və su ilə təmin olunmasını tələb etməsi çətinlik yaradan digər məqamdır:
"Bakıda əhali sayı getdikcə artır. Bəzən sakinlər su infrastrukturunun təmin edilməsi çətin olan ərazilərdə ev inşa edir və su verilməsini tələb edirlər. Su verilməsi təmin olunduqda da tullantı suları ilə bağlı problem gündəmə gəlir.
Bu səbəbdən su təchizatı ilə yanaşı, tullantı sularının utilizasiyası da diqqətdə saxlanılır. Bu istiqamətdə görülən tədbirlər həm ətraf mühitin qorunmasına, həm də insanların sağlamlığının təmin olunmasına xidmət edir. Əhalinin suya çıxışı ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bakı şəhərində və digər bölgələrdə suyun fasiləsiz təminatı daim nəzarətdə saxlanılır. Mövcud çətinliklər olsa da, onların aradan qaldırılması istiqamətində işlər görülür".
Aygün Mirakif
Seçilən
37
50
oxu.az

10Mənbələr