AZ

Türkiyə İsrail HƏMAS danışıqlarında vasitəçilik edəcək

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə bu gün İsrail və HƏMAS arasında dolayı danışıqlar aparan vasitəçilərin toplantısına qatılacaq.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Dohada keçirdiyi mətbuat konfransında Qətər diplomatı deyib: "Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi başqa bir görüş keçirəcəyik".

Qeyd edək ki, görüşdə Trampın Qəzza zolağında atəşkəs planı müzakirə olunacaq.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bəyan edib ki, onun ölkəsi Qəzzada müharibənin dayandırılması, anklavın bərpası və sakinlərə kömək üçün dəstək verməyə sadiqdir.

Qətərin Dohada HƏMAS liderlərinə hücuma görə İsrailin üzr istəməsini qəbul edib-etməyəcəyi barədə suala cavabında Qətər Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Ölkənin əsas məqsədi belə bir hadisənin bir daha baş verməsinin qarşısını almaqdır”.

O əlavə edib ki, Qətər bu məsələ ilə bağlı ABŞ-dan alınan təhlükəsizlik zəmanətlərindən “məmnundur”.

Zaur, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
www.bakupost.az

2Mənbələr