“Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi Paulo Rikardonu (Paulinyo) rənglərinə bağlayıb. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı oyunçu son olaraq Mərakeşin “Raja Beni Mellal” klubunda çıxış edib.
saytlarin hazirlanmasi