AZ

Azərbaycan HDQ-nin nümayəndə heyəti SEAFUTURE-2025 sərgisində iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti ilə SEAFUTURE-2025 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün İtaliyada rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti SEAFUTURE-2025 beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

c2706986a5d07194cddae8be989fcc76

515e5407c7f4d4447c8d00c22bac72d2

Seçilən
9
20
poliqon.az

10Mənbələr