AZ

Bu, “Qarabağ”ın üzərində təzyiq yaradır - Muxtarlı

“Qarabağ”ın “Kopenhagen”lə oyunu bəlkə də klubun kuboklardakı tarixi ərzində ən çətin oyunudur. Bu çətinliyi yaradan amillərin başında “Benfika” ilə olan qarşılaşmanın nəticəsi dayanır.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-yə idman jurnalisti Natiq Muxtarlı “Qarabağ”ın “Kopenhagen”lə sabahkı matçı ilə bağlı deyib.

N. Muxtarlı bildirib ki, “Benfika” ilə oyunda qələbə “Qarabağ”ın üzərində təzyiq yaradır:

“İstər Azərbaycan, istərsə də Avropa ictimaiyyəti elə düşünürdü ki, “Qarabağ” böyük hesabla məğlub olacaq. “Qarabağ” parlaq oyun nümayiş etdirib, qələbə qazanandan sonra situasiya tamamilə dəyişdi. İki həftəyə yaxındır bütün Avropa bu qələbədən danışır, müzakirə edir. Bu da “Qarabağ”ın üzərində təzyiq yaradır”.

Eyni zamanda N.Muxtarlı “Qarabağ”ın bu oyundakı gücündən, qələbə ehtimalından və qarşıda bizi nələr gözlədiyindən danışıb.

Daha ətraflı videoda:

Seçilən
12
1
axar.az

2Mənbələr