AZ

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" yaxşı futbol oynayır

"Kopenhagen" Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turunda sabah Bakıda "Qarabağ"la üz-üzə gələcək.

Operativ Media xəbər verir ki, Danimarka klubunun baş məşqçisi Yakob Neestrup matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Stadionun ot örtüyünün vəziyyəti necədir? 

- Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.

- Rəqib barədə nə deyə bilərsiniz?

- Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferentsvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var.

Seçilən
30
9
operativmedia.az

10Mənbələr